• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib - FOTO

    14

    dek

    Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Sumqayıtda növbəti dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

    Sumqayıt şəhəri Araz superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 253 litr olan plastik, 536 litr tutumu olan şüşə butulka və 43 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ərik, nar və sərv tingləri əldə ediblər. 


    Aksiyada fəal iştirak edərək tullantıların təkrar emalına və yaşıllıqların sayının artırılmasına dəstək olan hər kəsə təşəkkür edirik.

    Ekologiya.az

    Tarix : 14-12-2024, 20:30 | Oxunub: 1 576