• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu il Azərbaycanda “yaşıl enerji” istehsalı 80 %-dən çox artıb

    17

    dek

    Bu il Azərbaycanda “yaşıl enerji” istehsalı 80 %-dən çox artıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı 3 milyard 580,6 milyon kVt/saat təşkil edib.

    Bu barədə “Report” Energetika Nazirliyinin 11 ay üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

    Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 1 milyard 617,8 milyon kVt/saat, yəni 80 %-dən çoxdur.

    “Yaşıl enerji”nin ölkədə ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 13,8 % təşkil edib.

    Tarix : 17-12-2024, 09:05 | Oxunub: 1 192