• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəbərdarlıq: Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək

    04

    fev

    Xəbərdarlıq: Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək

    Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.


    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların intensivləşəcəyi ehtimal olunur.


    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.

    Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Tarix : 4-02-2025, 14:10 | Oxunub: 1 152