• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah Bakıda və rayonlarda qar yağacaq

    08

    fev

    Sabah Bakıda və rayonlarda qar yağacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, yağıntı gündüz tədricən kəsiləcək.

    Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

    Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Tarix : 8-02-2025, 15:35 | Oxunub: 1 520