• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsmayıllıda qanunsuz ağac kəsimi aşkarlandı, Göyçayda isə obyekt sahibləri cərimələndi

    22

    noy

    İsmayıllıda qanunsuz ağac kəsimi aşkarlandı, Göyçayda isə obyekt sahibləri cərimələndi

    İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz ağackəsmə ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə həmin şəxs müəyyən olunub və hazırda faktla bağlı araşdırma aparılır.

    Göyçay Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı isə rayonun Qaraməryəm kəndində, eləcə də şəhər ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

    Qeyd olunan faktlar üzrə iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunublar.

    Tarix : 22-11-2023, 17:11 | Oxunub: 1 656