• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub

    20

    dek

    Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada nazirliyin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin 100 nəfər tələbəsi və ekokönüllülər iştirak ediblər.


    Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

    Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək və gənclərin ekoloji şüurunu artırmaqdır.

    Tarix : 20-12-2024, 13:33 | Oxunub: 1 344