• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran sahibkar cəzalandırılıb

    07

    apr

    Bakıda ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran sahibkar cəzalandırılıb

    Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.

    Ekologiya.az-ın xəbərinə görə idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

    “Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

    Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.

    Tarix : 7-04-2025, 10:51 | Oxunub: 2 392