• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yardımlı rayonu ərazisində ağac kəsimi müəyyən edilib, faktla bağlı akt tərtib olunub - Rəsmi

    24

    noy

    Yardımlı rayonu ərazisində ağac kəsimi müəyyən edilib, faktla bağlı akt tərtib olunub - Rəsmi

    Yardımlı rayonu Ləzir kəndi yaxınlığındakı meşə ərazisində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Ekologiya.az-ın xəbərinə görə, araşdırma zamanı Yardımlı rayonu Ləzir kəndi ətrafındakı 2 saylı meşə dolayında ağacların sözügedən kənd sakinləri Qadir Nuriyev  və Ceyhun Nəzərov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

    Hazırda ərazidə araşdırmalar davam etdirilir.

    Tarix : 24-11-2023, 15:25 | Oxunub: 2 429