• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəsitçay Dövlət Təbiət Qoruğu - dik yamaclı dağlar, təpəliklər və meşələr

    04

    iyl

    Bəsitçay Dövlət Təbiət Qoruğu - dik yamaclı dağlar, təpəliklər və meşələr

    Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Hazırda qoruğun sahəsi 107 hektardır.


     Landşaftı: dağlıq, dik yamaclı dağlar, təpəliklər, meşələr
    Rast gəlinən bitki növləri: Qafqaz dağdağanı, uzunsaplaq palıd, Şərq çinarı, paradoksal süsən, dağ badamı, yunan qozu və s.
    Rast gəlinən heyvan növləri: qara çalağan, xınalı kəklik, ağdöş kirpi, zolaqlı kaftar, çöl pişiyi və s.
    ”Qırmızı Kitab”a daxil olan növlər: Şərq çinarı, Qafqaz qaş səhləbi, paradoksal süsən, parlaq ölməz kol (qırmızı tubulqa), gövdəsiz yastıbaş, Ön Asiya mabuyası, qara çalağan, eynəkli nalburun, zolaqlı kaftar, çöl pişiyi və s.
    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” 2021-ci il 20 oktyabr tarixli 2971 nömrəli Sərəncamı ilə Qoruğun fəaliyyəti bərpa edilmişdir.

    Tarix : Bu gün, 13:42 | Oxunub: 328