• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zəngin təbiətə malik Böyük Qafqaz dağları - FOTO

    12

    dek

    Zəngin təbiətə malik Böyük Qafqaz dağları - FOTO

    Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. Dağların Azərbaycanın təbiətinin, flora və faunasının zənginləşməsində rolu əvəzsizdir. 

    Böyük Qafqaz dağları

    Böyük Qafqaz - Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən dağ sistemi olub Alp-Himalay dağ qurşağının tərkib hissəsidir. Cənub-şərq hissəsi Azərbaycan Respublikasının ərazisinə daxildir. Böyük Qafqaz 4 silsilədən: Baş Qafqaz  Suayrıcı silsiləsi, Yan silsilə, Qovdağ və Niyaldağ silsilələrindən ibarətdir. Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzü zirvəsi (4466 m) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində yerləşir.
     
     Qonur ayı, Qafqaz köpgəri, Qafqaz tetrası, Şərqi Qafqaz turu, nəcib maral, Qafqaz uları, vaşaq, berkut, məzar qartalı, Qafqaz yarpaqgüdəni, sarıqarın yarpaqgüdən, adi hörücü, iri mərciməkquşu, Avropa cüyürü, saqqallı quzugötürən, qara çalağan, ağıriyli ardıc, Qafqaz bənövşəsi, itikənarlı süsən və s. Böyük Qafqaz dağlarının ərazisi üçün səciyyəvi olan növlərdir.

    Böyük Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlükdə enliyarpaqlı meşələr yayılıb. Bu meşələrdə palıd, fıstıq və vələs ağacları üstünlük təşkil edir. Əlavə olaraq həmin meşələrdə cökə, ağcaqayın, qarağat və quşarmudu da geniş yayılıb.
     Ekologiya.az 







    Tarix : 12-12-2023, 09:54 | Oxunub: 12 466