Ekologiya.az bildirir ki, aksiya çərçivəsində 5 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, eyni zamanda ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Həyata keçirilən tədbirlər, 2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin qlobal ekoloji təşəbbüslərə töhfəsini və yaşıl inkişaf istiqamətində ardıcıl fəaliyyətini əks etdirir.