Zəfər Gününə özəl bütün bölgələrdə ağacəkmə kampaniyası keçirilib
Ekologiya.az xəbər verir ki, Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə əlaqədar ölkənin bütün bölgələrində genişmiqyaslı ağacəkmə tədbirləri təşkil olunub.
Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ rayonları ərazisində də ağacəkmə aksiyaları keçirilib, ümumilikdə 11 mindən artıq qoz, şabalıd, ağcaqayın, palıd, göyrüş, qarağac, tut ağacları əkilib.