• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə bağlı tədbir görülüb

    01

    iyl

    Ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə bağlı tədbir görülüb

    Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Ekologiya.az-a verilən məlumat görə, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

    “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.


    Tarix : 1-07-2024, 12:25 | Oxunub: 3 064