Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba-Qəçrəş yolunun 12-ci kilometrliyində müxtəlif cinsli ağacların kökündən çıxarıldığı müəyyən edilib. 

Ekologiya.az-ın xəbərinə görə, Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.