• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahdağ Milli Parkının heyranedici Mucuq şəlaləsi

    07

    dek

    Şahdağ Milli Parkının heyranedici Mucuq şəlaləsi

    Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan, öz unikallığı ilə seçilən şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri isə Cənubi Qafqazda çox məşhurdur.  

    Şahdağ Milli Parkının Qəbələ bölməsində, Laza kəndi yaxınlığında yerləşən Mucuq şəlaləsi görənləri heyrətə gətirir. 

    Buranı görmək üçün Dəmiraparan çayının sol yatağı ilə hərəkət etmək lazımdır. Marşrut boyu irəlilədikcə Zəyli şəlaləsini və vəhşi heyvanların sığındığı mağaranı görmək də mümkündür. Şəlalənin Mucuq adlandırılması isə şəlaləyə yaxın ərazidə qədim Mucuq kəndinin yerləşməsi ilə əlaqədardır. Ekologiya.az 


    Tarix : 7-12-2023, 17:37 | Oxunub: 4 777