• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib-FOTO

    24

    dek

    Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib-FOTO

    Qazax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.


    Ekologiya.az  xəbər verir ki, bu tədbirlər çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil edilib.


    Qazax rayonunun Orta Salahlı kəndində keçirilən aksiya zamanı 1000 ədəd Xan çinarı ağacı əkilib.


    Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.


    Tarix : 24-12-2024, 20:50 | Oxunub: 1 248