• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkarladı

    07

    fev

    DETX bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkarladı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir, Yevlax şəhərləri və Qax rayonunun ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


    Araşdırma zamanı Mingəçevir şəhərinin inzibati ərazisində həmin şəhər sakini Köçəri Əhmədov tərəfindən 1 ədəd,  Yevlax şəhərinin inzibati ərazisində həmin şəhər sakini Nicat Mustafayev tərəfindən 1 ədəd, Qax rayonu Qarameşə kənd yaxınlığında, Əmircan bələdiyyəsinə məxsus torpaq sahəsində İlisu kənd sakini Zəmail Əhmədov tərəfindən 4 ədəd, Qarabaldır kəndində həmin kənd sakini Xətai Əhmədov tərəfindən 3 ədəd ağacın kəsildiyi müəyyən edilib.
    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.Ekologiya.az

    Tarix : 7-02-2025, 14:20 | Oxunub: 3 008