Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Goranboy şəhəri və Xaçmaz, Qazax rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Araşdırma zamanı Goranboy şəhəri Cəfər Cabbarlı küçəsində həmin şəhər sakini Rasim Ələkbərov tərəfindən 3 ədəd, Qazax rayonu Ağköynək kəndinin inzibati ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində həmin kənd sakini Şahin Mustafayev tərəfindən 2 ədəd, Xaçmaz rayonu Qarabağlı kəndinin yaxınlığında, Qarabağlı-Niyazabad kənd yolunun sağ tərəfində həmin kənd sakini Yusif Hüseynov tərəfindən 3 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər. Ekologiya.az