DETX bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkarladı, qanunamüvafiq tədbirlər gördü
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron, Qusar, Qubadlı və Goranboy rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Abşeron rayonu Saray qəsəbəsinin inzibati ərazisində həmin qəsəbə sakini Bayram Rüstəmov tərəfindən 1 ədəd, Qusar rayonu Ləcət kəndinin inzibati ərazisində həmin kənd sakini Hacımət Tağıyev tərəfindən 5 ədəd, Urvaoba kəndinin inzibati ərazisində
həmin kənd sakini Elmar Yüzbəyov tərəfindən 23 ədəd, Qubadlı rayonu Xanlıq kəndinin inzibati ərazisində Ağdaş rayonu Əmirarx kənd sakini Fuad Mehdiyev tərəfindən 4 ədəd və Goranboy rayonu Muzdurlar kəndinin inzibati ərazisində həmin kənd sakini Nazim Heydərov tərəfindən 1 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.