• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mingəçevir su anbarında batmış vətəndaşların axtarışları davam etdirilir - VİDEO

    22

    fev

    Mingəçevir su anbarında batmış vətəndaşların axtarışları davam etdirilir - VİDEO

    Mingəçevir su anbarında batdıqları ehtimal olunan vətəndaşların axtarışları davam etdirilir. 

    Ekologiya.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    “Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdıqları ehtimal olunan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

    Hazırda müşahidə edilən kəskin və əlverişsiz hava şəraitinə baxmayaraq FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir”, - məlumatda qeyd olunub.

    Ətraflı Videoda:

    Tarix : 22-02-2025, 20:47 | Oxunub: 1 816