• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir

    14

    iyl

    FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir

    Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.

    FHN-in mətbuat xidmətindən Musavat.com-a bildiriblər ki, hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub.

    Axtarışlar davam etdirilir.

    Tarix : 14-07-2024, 11:27 | Oxunub: 3 616