• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb

    23

    fev

    Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb

    Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 7 nəfər rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanıb.

    DİN-in mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə Sım kəndi ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılıb. Həmin şəxs barəsində protokol tərtib edilib.

    Tarix : 23-02-2025, 13:55 | Oxunub: 1 192