• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakının əsas prospekti çökmə səbəbindən BAĞLANDI

    25

    fev

    Bakının əsas prospekti çökmə səbəbindən BAĞLANDI

    Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

    Qəza baş verəndən dərhal sonra əraziyə AAYDA-nın və aidiyyəti qurumun əməkdaşları cəlb olunublar. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

    Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

    Qəza aradan qaldırıldıqdan sonra AAYDA tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

    Tarix : 25-02-2025, 11:05 | Oxunub: 896