Bakıda inşaat materialları bazarında güclü yanğın, şəhəri tüstü basdı, yollar bağlandı
Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları istiqamətinə avtomobil yolunda məhdudiyyət tətbiq olunub.
Ekologiya.az bildirir ki, bu barədə ekoloji agentlik məlumat yayıb.
Yanğın nəticəsində yaranan tüstüdən sürücülərə görmə çətinliyi yaranıb. Agentlik sürücülərdən tüstündən yoldakı çətinliyi nəzərə almalarını xahiş edib.
Qeyd edək ki, noyabrın 23-də saat 05:45 radələrində Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın başlayıb. Şəhəri tüstü basıb, avtomobillərin hərəkətində çətinlik yarandığı üçün yollar müvəqqəti bağlanıb.