• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qarabağdan Bakıya su xətti çəkiləcək – Xidmət rəsmisi detalları açıqladı

    25

    fev

    Qarabağdan Bakıya su xətti çəkiləcək – Xidmət rəsmisi detalları açıqladı

    “Qarabağdakı su ehtiyatlarını öyrənirik. 30 il ərzində bu ərazilər dağıdılıb və struktur tamami ilə dəyişdirilib. Məlumatımız olmayan ərazilərdə əlaqədar xidmətlərlə birlikdə həmin yerlərin su mənbələrinin balansının çıxarılması, araşdırılması icra olunur”.

     Bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Qarabağda dövlət proqramına uyğun olaraq 11 yeni su anbarının tikintisi həyata keçirilir.

    “İlkin olaraq Qarabağ zonasından aran və digər rayonlara, həmçinin Bakıya yeni su xəttinin çəkilməsi layihələri icra olunur. Şuşada, Laçında, Xocalıda, Xankəndidə tam mərkəzləşmiş qaydada, təhlükəsizlik təmin olunmaqla yüksək keyfiyyətli su verilir”.Musavat.com

    Tarix : 25-02-2025, 20:56 | Oxunub: 1 864