Ekologiya.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.