Ekologiya.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin  əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində  qanunsuz balıq ovlayan şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri  götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.