• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

    01

    mar

    Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


    Bildirilib ki, fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 7 tüfəng, 3 qumbara, 2 süngü-bıçaq, 2 alışdırıcı, 17 patron darağı və 1873 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Tarix : 1-03-2025, 19:36 | Oxunub: 1 960