• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ermənistandakı zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ

    08

    mar

    Ermənistandakı zəlzələ Azərbaycanı da SİLKƏLƏDİ

    Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.

    Bu barədə Ermənistan qurumları məlumat yayıb.

    Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

    Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.

    Zəlzələ, həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.

    Tarix : 8-03-2025, 09:55 | Oxunub: 944