• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dumanlı hava bu tarixədək davam edəcək

    11

    mar

    Dumanlı hava bu tarixədək davam edəcək

    Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

    Ekologiya.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

    Bildirilib ki, martın 11-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

    Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Astara, Naftalan, Şəmkir, Şabran, Bərdə, Yexlax, Zərdab, Beyləqan, İmişli, Sabirabad və Ağdamda duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

    Tarix : 11-03-2025, 10:24 | Oxunub: 2 448