• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qarayazı qoruğunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

    11

    mar

    Qarayazı qoruğunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

    Ağstafada qoruğ ərazisində baş vermiş yanğın söndürülüb.

    "Report"un Qərb bürosunun məlumatına görə, yanğın Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində, həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahədə baş verib. 

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

    Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb. 

    Hadisənin başvermə səbəbləri araşdırılır.

    ***

    Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

    Tarix : 11-03-2025, 17:31 | Oxunub: 720