• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyədə güclü zəlzələ baş verdi

    12

    mar

    Türkiyədə güclü zəlzələ baş verdi

    Türkiyədə Hakkari şəhərində güclü zəlzələ olub.

    Ekologiya.az bildirir nki, Hakkaridə 4,8 bal gücündə zəlzələ baş verib. 

    Yüksekovada baş verən zəlzələdən sonra vətəndaşlar özlərini küçələrə atıblar. Zəlzələdən sonra Yüksekovada bir çox evdə çatlar əmələ gəlib.

    Zəlzələ ilə bağlı rayon məscidlərindən anonslar edilib. Bildirilib ki, məscidlər vətəndaşların üzünə açıq qalacaq.

    Yeşiltaş kəndində vətəndaşlar evlərinin qarşısında od yandıraraq çöldə gözləyiblər.Ekologiya.az


    Tarix : 12-03-2025, 19:27 | Oxunub: 840