• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda ağır qəza : 6 nəfər...

    13

    mar

    Azərbaycanda ağır qəza : 6 nəfər...

    Beyləqanda 6 nəfərin xəsarət almasınlar nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Ekologiya.az Report-a istinadən xəbər verir ki, rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olmaqla 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Yaralılardan dörd nəfəri Füzuli rayon sakini iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Tarix : 13-03-2025, 12:50 | Oxunub: 1 200