• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Polis əməkdaşları Salyanda yaşıllığı məhv edən şəxsi saxladı - FOTO

    14

    mar

    Polis əməkdaşları Salyanda yaşıllığı məhv edən şəxsi saxladı - FOTO

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Peyk kəndi ərazisində qanunsuz olaraq ağac kəsən H.Haqverdiyev saxlanılıb.  Ziyanın hesablanması üçün toplanan materiallar 3 saylı RETSİ -nə  göndərilib.

     Ekologiyaş.az-ın xəbərinə görə, araşdırmalardan məlum olub ki, adıçəkilən şəxsin 137 ədəd yaş gövdəli yulğun ağacını kəsərək təbiətə 11 min manata yaxın ziyan vurduğu müəyyən edilib. 


    Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


    Tarix : 14-03-2025, 16:26 | Oxunub: 864