• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xaçmazda içməli su əvəzinə kanalizasiya suyu verilir

    31

    iyl

    Xaçmazda içməli su əvəzinə kanalizasiya suyu verilir

    Xaçmaz rayonunun Qarabağlı kəndində sakinlər təsərrüfatda və gündəlik həyatda istifadə etmək üçün su tapmırlar.

    Ekologiya.az bildirir ki, bununla bağlı Shimal.News-a yerli sakinlər məlumat veriblər.

    Onların sözlərinə görə, kəndə su ya ümumiyyətlə verilmir, ya da olduqca az miqdarda gəlir.

    Həmin su isə qoxulu, sabunlu, istifadəyə yararsız olur.

    “Kənddə pul qazanmaq üçün gərək əkib-becərəsən. Ancaq su çatışmazlığı səbəbindən bu mümkünsüzdür. Baxımsız qalan, kol-kos basan suvarma kanallarına kanalizasiya suyu verilir. Sahələri bu su ilə suvardıqda bütün əkin məhv olur. İnsanlar isə müxtəlif xəstəliklər tapır. Qazanc yerinə dərmanlara xərc çəkirik”,- deyə sakinlərdən biri bildirib.

    Tarix : 31-07-2025, 10:00 | Oxunub: 2 024