• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yanacaqdaşıyan avtomobil aşdı, partlayış təhlükəsi yarandı - VİDEO

    03

    apr

    Yanacaqdaşıyan avtomobil aşdı, partlayış təhlükəsi yarandı - VİDEO

    Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb.

    Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşıb. Nəticədə yanacaq ətrafa dağılıb, yanğın-partlayış təhlükəsi yaranıb.

    Hazırda yanğınsöndürənlər mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

    Tarix : 3-04-2025, 14:15 | Oxunub: 1 760