• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dəhşətli Xəbər Az Öncə Gəldi: Yanacaqdaşıyan maşının partladı, 86 nəfər həlak oldu, çox sayda yaralı var

    20

    yan

    Dəhşətli Xəbər Az Öncə Gəldi: Yanacaqdaşıyan maşının partladı, 86 nəfər həlak oldu, çox sayda yaralı var

    Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 70-dən 86-ya yüksəlib.

    Ekologiya.az  “Thisday Live” portalına istinadən xəbər verir ki, bunu Niger ştatının Fövqəladə Hallar Agentliyinin baş direktoru Əlhacı Abdullahi Baba Ara açıqlayıb.

    Qeyd olunub ki, Dikko yaşayış məntəqəsində hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Zərərçəkənlərə yerli xəstəxanalarda tibbi yardım göstərilir.

    Şahidlərin sözlərinə görə, əvvəlki gün 60 ton benzin daşıyan maşın yolda aşıb. Yanacağı köçürmək üçün başqa bir benzin maşını gəlib. Tökülən yanacağı yığmaq istəyən yerli sakinlər qəza yerinə yaxınlaşıblar. Bu zaman partlayış, daha sonra yanğın baş verib.

    Tarix : 20-01-2025, 01:53 | Oxunub: 5 920