• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xanlar Vəliyev təqaüdə göndərildi - FOTO

    08

    apr

    Xanlar Vəliyev təqaüdə göndərildi - FOTO

    Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

    Baş Prokurorluqdan Ekologiya.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.

    Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

    Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilmişdi.



    Tarix : 8-04-2025, 19:52 | Oxunub: 2 072