• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • TƏCİLİ: Xanlar Mustafayev yeni ekologiya və təbii sərvətlər naziri təyin edildi - SƏRƏNCAM

    04

    iyn

    TƏCİLİ: Xanlar Mustafayev yeni ekologiya və təbii sərvətlər naziri təyin edildi - SƏRƏNCAM

    Naxçıvan Muxtar Respublikasına ekologiya və təbii sərvətlər naziri təyin edilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

    Ekologiya.az yeni təyin olunan nazir haqqında bəzi məlumatları təqdim edir:

    Xanlar Aftandil oğlu Mustafayev bu təyinata qədər Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olub. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilmişdi.

    1992-ci il təvəllüdlü Xanlar Mustafayev bu təyinatadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

    Tarix : 4-06-2024, 16:05 | Oxunub: 8 352