• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda vulkan püskürdü

    09

    apr

    Azərbaycanda vulkan püskürdü

    Bu gün səhər saatlarında Lökbatanda palçıq vulkanı növbəti dəfə püskürüb.

    Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

    Məlumata görə, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.

    Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 km olub.

    Tarix : 9-04-2025, 13:57 | Oxunub: 1 864