• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət bu şəxslərə pulsuz torpaq verəcək

    11

    apr

    Dövlət bu şəxslərə pulsuz torpaq verəcək

    İşğaldan azad olunan ərazilərdə əkinə yaralı torpaqlar heç bir icarə haqqı olmadan vətəndaşların istifadəsinə veriləcək.

    Ekologiya.az Milli.Az-a istinadən xəbər verir ki, artıq Zəngilanın Ağalı kəndinə müraciətlər başlayıb.

    Belə ki, bərəkətli torpaqlarda 70-ə yaxın vətəndaş məhsul yetişdirmək üçün müraciət edib.

    İqtisadçı Xalid Kərimlinin fikrincə, azad edilən ərazilərdə kənd təsərrüfatının böyük potensialı var.

    "Qaydaların tələbinə əsasən, bir illik əkinlər üçün torpaq sahələrinin icarəyə verilməsi ilkin 2 il, daha sonra 3 il artırılaraq həyata keçiriləcək. Bu onların əkin sahələrində fəaliyyətlərini izləməklə monitorinqlər olacaq. Uğurla keçən fermerlərin müqavilə müddəti uzadılacaq. Çox illik əkmələrdə isə daha uzun müddət nəzərdə tutulur. İlkin olaraq 5 il, daha sonra 15 il nəzərdə tutulur. 

    Azad edilən ərazilərdə kənd təsərrüfatının böyük əhəmiyyəti var. İcarə haqqı ödəmədən torpaqlardan istifadə vətəndaşların maliyyə yükünü azaldacaq, və böyük qayıdışa təsir edəcək". 

    Qeyd edək ki, torpaqlardan ödənişsiz istifadə yalnız Qarabağda məskunlaşan əhali üçün nəzərdə tutulur.

    Tarix : 11-04-2025, 12:45 | Oxunub: 2 488