• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO

    06

    iyn

    Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO

    Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

    Gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

    İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

    Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

    Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb./Oxu.az


    Tarix : Bu gün, 14:55 | Oxunub: 136