• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qubada torpaq sürüşməsi oldu -Yol bağlandı

    12

    apr

    Qubada torpaq sürüşməsi oldu -Yol bağlandı

    Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

    Ekologiya.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

    Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.

    Qeyd edək ki, uzun illərdir, Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

    Tarix : 12-04-2025, 13:20 | Oxunub: 2 008