• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Torpaq sürüşməsi nəticəsində 37 nəfər həlak olub

    12

    fev

    Torpaq sürüşməsi nəticəsində 37 nəfər həlak olub

    Filippinin cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 37-yə çatıb.

    Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli məmur Edvard Makapiliyə istinadən xəbər verib.

    Onun sözlərinə görə, 32 nəfər yaralanıb, daha 77 nəfər hələ də itkin düşüb. Hələ də sağ qalanların olub-olmaması ilə bağlı sualı cavablandıran E.Makapili bunun çətin olduğunu, lakin axtarışların davam etdiriləcəyini bildirib.

    Məmur əlavə edib ki, 300-dən çox insanın iştirak etdiyi xilasetmə işləri güclü yağışlar və yeni sürüşmə təhlükəsi səbəbindən dayandırılıb, lakin fevralın 11-də bərpa edilib.

    Tarix : 12-02-2024, 12:00 | Oxunub: 1 854