• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava Kəskin PİSLƏŞƏCƏK - XƏBƏRDARLIQ

    14

    apr

    Hava Kəskin PİSLƏŞƏCƏK - XƏBƏRDARLIQ

    Növbəti iki gündə Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

    Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

    Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

    Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

    Tarix : 14-04-2025, 14:55 | Oxunub: 824