• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Əfqan Cəlilov Dövlət Dəniz və Liman Agentliyinə sədr müavini təyin edildi

    06

    yan

    Əfqan Cəlilov Dövlət Dəniz və Liman Agentliyinə sədr müavini təyin edildi

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri Əfqan Cəlilov vəzifəsindən azad edilib.

    Məlumata görə, o, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

    Ə.Cəlilova müvəqqəti olaraq Agentliyin sədri vəzifəsinin icrası həvalə edilib.

    Qurumdan "Report"a faktı təsdiq ediblər.

    Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.

    Tarix : 6-01-2024, 17:41 | Oxunub: 4 218