• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Araz çayının ehtiyatlarından birgə istifadə üzrə protokol imzalanıb

    02

    iyn

    Araz çayının ehtiyatlarından birgə istifadə üzrə protokol imzalanıb

    Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

    Bu barədə "Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

    Bildirilib ki, sənəd Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının Bakıda keçirilən 54-cü görüşündə imzalanıb.

    Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib.

    Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ADSEA-nın nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.


    Tarix : 2-06-2025, 20:10 | Oxunub: 640