• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN Dənizkənarı Milli Park ərazisində suda boğulan insanın meyitin çıxarıb

    10

    iyn

    FHN Dənizkənarı Milli Park ərazisində suda boğulan insanın meyitin çıxarıb

    Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb.

    "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Tarix : 10-06-2025, 09:50 | Oxunub: 544