Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin Kür çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar Muğan DAQ-dan xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


Həyata keçirilən tədbirlər nəticəsində meyit su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.