• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gəncədəki xəstəxanada oksigen balonu yandı- Xəstələr təxliyə edilir

    11

    iyn

    Gəncədəki xəstəxanada oksigen balonu yandı- Xəstələr təxliyə edilir

    Gəncədə xəstəxanada oksigen balonu yanıb.

    Hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

    Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

    Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

    Əlavə məlumat veriləcək./Qafqazinfo.az/

    Tarix : 11-06-2025, 13:03 | Oxunub: 1 176